“Barselona”nın baş məşqçisi Luis Enrike türk futbolçu Arda Turan haqda danışıb.
Axar.az xəbər verir ki, 6-2 hesabı ilə qalib gəldikləri “Real Betis” oyunundan sonra media nümayəndələrinin suallarını cavablandıran Enrike komandanın və Ardanın oyunundan çox razı qaldığını bildirib:
“Arda meydanın mərkəzində uğurlu oyun göstərir. O, komandamıza çox kömək edir. Son oyunlarda da faydalı oynadı və yaxşı performans sərgilədi. Artıq meydanda əsl Arda Turanı görməyə başlamışıq. O da çox xoşbəxtdir, çünki komandaya uyğunlaşıb. Buna görə də daha yaxşı oynayır”.
Qeyd edək ki, “Barselona”dakı uğursuz çıxışı ilə dəfələrlə tənqid hədəfi olan Arda Turan son oyunlarda göstərdiyi gözəl oyunla diqqəti öz üzərinə çəkib.