Ukrayna Macarıstanın konsulunu ölkədən qovur

0
448

Oktyabrın 4-də Ukrayna Macarıstanın Zakarpatyedəki konsulunun ölkədən çıxarılması ilə bağlı Budapeştə rəsmi şəkildə nota təqdim edəcək.

Mediainfo.az-ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Kiyevdə keçirdiyi brifinqdə Xarici işlər naziri Pavel Klimkin deyib. O qeyd edib ki, Macarıstanın Zakarpatyedəki konsulunun yerli sakinlərə macar pasportu paylaması Ukraynanın daxili işlərinə müdaxilə və təhlükəsizliyinə təhdiddir: “Mən macar həmkarım Siyartoya təklif etdim ki, baş verən hadisə ilə bağlı öz səlahiyyətlərindən istifadə edərək konsulu geri çağırsın. Amma belə başa düşdüm ki, o konsulu geri çağırmaq niyyətində deyil. Ona görə də əgər sabaha kimi Macarıstan baş verən qalmaqalla bağlı müvafiq addım atmasa, onda biz konsulun ölkəni tərk etməsi barədə qarşı tərəfə nota təqdim edəcəyik”.

 

 

 

BIR CAVAB BURAXIN