Andranik Miqranyan işğal olunmuş torpaqların Azərbaycana qaytarılması barədə

0
567

Avqustun 10-da Vladimir Putinlə Serj Sarkisyanın Moskvadakı görüşündən sonra Rusiya KİV yeni üçtərəfli Putin-Sarkisyan-Əliyev danışıqlarının hazırlanmasından xəbər verdilər. Qarabağ münaqişəsinin həllində hərəkətlənmə gözlənilir və müəyyən qədər vaxt lazımdır ki, artıq əldə edilmiş razılaşmalar yeni görüşə qədər yerinə yetirilsin.

Virtualaz.org saytının xüsusi müxbiri xəbər verir ki, bunu Rusiya Federasiyası XİN Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, rusiyalı politoloq Andranik Miqranyan deyib.

“Bu cür yüksək səviyyəli görüşlər nəticəsiz bitdikdə bu, görüşün təşkilatçısının nüfuzuna zərbə kimi qiymətləndirilir. Hazırda Fransa tərəfindən Sarkisyan-Əliyev görüşünə hazırlıq gedir”, – Andranik Miqranyan “Rusarminfo”ya müsahibəsində deyib.

Ekspertin fikrincə, Qarabağın ətrafındakı torpaqların qaytarılması hər zaman, Ermənistanın istənilən prezidentinin dövründə Azərbaycanla danışıqlar mövzusu olub.

“Beynəlxalq ictimaiyyət üçün Qarabağ ətrafındakı torpaqlar ən başdan Azərbaycana qaytarılması zəruri olan ərazilər hesab edilib. Rusiya da, ATƏT-in Minsk Qrupunun həmsədrləri də onları Azərbaycanın ərazisi hesab edirlər”, – Miqranyan deyir.

“Rusarminfo”nun həmin ərazilərin Azərbaycana qaytarılmasının zəruri olub-olmaması barədə suallını cavablandıran Andranik Marqaryan deyib: “Gec-tez hər şey öz yerini tutur. Lap yüz il, min il keçsə də”.

BIR CAVAB BURAXIN