Amerikalı həmsədr istefa verəcəyini yazır

0
425

11

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri James Warlick dekabrın 31-də bu vəzifədən istefa verəcək.

Bunu amerikalı həmsədr noyabrın 21-də özünün Tvitter səhifəsində yazıb.

O, bundan sonra Rusiyanın iri və nüvuzlu hüquq şirkətlərindən biriylə tərəfdaşıql edəcəyini yazır.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edir.

Qeyd edək ki, həmsədrlər Igor Popov (Rusiya), James Warlick (ABŞ) və Pierre oktyabrın 26-28-də regionda səfərdə olublar.

Səfərdə məqsəd bu ilin aprelində təmas xəttində baş verən toqquşmadan sonra yaranmış vəziyyəti müzakirə etmk olub.

Həmsədrlər bu ilin dekabrda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşmək və prezidentlərin görüşünün təşkil etmık fikrindədirlər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

one × two =