Almaniyada danışıqlar siyasi iflasa uğradı

0
501

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer yaranmış vəziyyətdən çıxış yolu kimi kompromis təklif edib.

Koalisiya danışıqları iflasa uğradıqdan sonra AFR Prezidenti yaxın vaxtlarda parlamentdə təmsil olunan bütün partiyaların liderləri, həmçinin hakimiyyət institutlarının nümayəndələri ilə görüşəcəyini bildirib. O, hökumətin formalaşdırılmasını təmin etmək üçün hamıdan danışıqlara hazır olmağı gözlədiyini bəyan edib:

“Parlamentdə yer alan partiya öz üzərinə Almaniyaya xidmət etmək öhdəliyi götürüb. Bizim qanunlarımıza əsasən, bu öhdəliyi sadəcə olaraq seçicilərə qaytarmaq olmaz. Bu öhdəlik şəxsi maraqlar çərçivəsindən çıxır. Bu öhdəlik təkcə partiya elektoratına münasibətə aid deyil”.

Xatırladaq ki, Xristian-demokratik və Xristian-sosialist ittifaqı bloku (XDİ/XSİ), Azad demokratik partiya və “yaşıllar” arasında koalisiya hökumətinin qurulması üzrə bir aydan çox davam edən danışıqlar nəticəsiz başa çatıb. Tərəflər gündəliyin əsas məsələləri üzrə razılığa gələ bilməyiblər. Bununla yanaşı, Almaniya sosial-demokrat partiyasının (ASDP) idarə heyəti noyabrın 20-də Angela Merkelin mühafizəkar bloku ilə koalisiya qurmaq üçün danışıqlar aparmayacağı barədə qərarını açıqlayıb. Bununla da vəziyyət dalana dirənib və siyasi böhran həddinə çatıb.

Əgər koalisiya qurmaq barədə danışıqlar uğurla nəticələnməsə, iki yol qalır: ya Almaniya tarixində indiyə qədər görünməmiş azlıq hökuməti qurulmalı, ya da yeni seçkilər keçirilməlidir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

5 × two =