Almaniyada 12 almanın maaşını alan suriyalı qaçqın

0
590

Suriya vətəndaşı olan Həzi 4 arvadı və 23 uşağı ilə hazırda Almaniyada yaşayır.

 

Axar.az xəbər verir ki, o, 2015-ci ildə Suriyanı tərk edərək Almaniyaya yerləşib.

 

Onun burada daimi qalma haqqı və işləmək icazəsi olsa da, suriyalı qaçqın işləmədən də yaxşı yaşaya bilir. Belə ki, arvadları və uşaqlarına görə o, dövlətdən hər ay ümumilikdə 30 min avro maddi yardım alır.

 

Suriyalını narahat edən yeganə məsələ yollarda qalmasıdır. Çünki arvadları uşaqları ilə birlikdə müxtəlif şəhərlərdə yaşayır. Hazırda Həzinin birinci xanımı Tuasif Montabaur şəhərində yaşadığından o da vaxtının çox hissəsini burada keçirir.

 

Media isə hadisə ilə bağlı dəfələrlə hökuməti tənqid edib. Ölkədə ən aşağı maaşın 2461 avro olduğunu qabardan qəzetlər Həzi və ailəsinin büdcədən təqribən 12 işçinin payını yediyini bildiriblər.

BIR CAVAB BURAXIN