Almaniya ilə Türkiyə razılaşdı

0
357

lmaniya İncirlik hərbi hava bazasında yerləşməklə bağlı Türkiyə ilə razılığa gəlib.

 

Publika.az “DW” alman portalına istinadən xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə Nazirliyi bəyan edib.

 

Nazirlik qeyd edib ki, İncirlik hərbi hava bazasından istifadə ilə əlaqədar Türkiyə ilə Almaniya arasında gedən danışıqların əsas hissəsi barədə razılıq əldə olunub: “Hazırda bu istiqamətdə görüşlər davam etdirilir. Ancaq əsasa prinsiplərlə bağlı razılıq əldə olunub. Razılığa əsasən, Adanadakı İncirlik hərbi hava bazasında Almaniyaya məxsus təyyarələrin və hərbiçilərin saxlanılması üçün yeni obyektlər hazırlanacaq. İncirlik hərbi bazasında Almaniya üçün ayrılan sahədə əlavə texniki işlərin görülməsinə ehtiyac var. Ona görə də iki ölkə arasında danışıqlar aparılırdı. Artıq bu danışıqlarla bağlı ilkin razılıq əldə olunub və işlərin həyata keçirilməsi üçün iki ölkənin müdafiə nazirlərinin sənədi imzalaması lazımdır”.

 

Xatırladaq ki, Almaniya Bundestaqının qondarma “erməni soyqırımı” qərarından sonra, almaniyalı jurnalistlərin İncirlik hərbi bazasına girişinə qadağa qoyulub.

 

Türkiyə hökuməti alman media mənsublarının sözügedən hərbi bazanı ziyarət etmək istəyinə rədd cavabı verib. Bir qrup alman jurnalistin İncirlik hərbi bazasına planlaşdırdığı ziyarətə Türkiyə tərəfdən icazə verilməyib.

 

Bilidirilir ki, İŞİD-lə mübarizəyə qatılan Almaniyanın “Tornado” tipli döyüş təyyarələrinə iyunun 7-də baxış keçirilməliydi. Bu ziyarət əslində mart ayı üçün planlaşdırılmışdı. Ancaq Ankarada baş verən terror hücumundan sonra təhlükəsizliklə əlaqədar təxirə salınmışdı.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

six − four =