Almaniya Ali Məhkəməsi də “soyqırımı”nı müdafiə etdi

0
416

 

Bu ilin iyun ayının 2-də Bundestaq tərəfindən 1915-ci ildə törədildiyi iddia edilən “soyqırım”ının tanınması Almaniyada yaşayan türklər tərəfindən narazılıqla qarşılanmaqda davam etməkdədir.“Yeniavaz.com”un Panarmenian.net-ə istinadən verdiyi məlumata görə, Almaniya vətəndaşı olan 8 türk tərəfindən adı çəkilən ölkənin Ali Məhkəməsində iddia qaldırılıb. Şikayətçilər qondarma soyqırımının tanınması barədə Bundestaq tərəfindən qəbul edilən qanunun Almaniyada yaşayan türklərin hüquqlarını pozduğunu və bu əsasda da onun hüquqi qüvvədən salınmasını tələb edirdilər. Lakin Almaniya Ali Məhkəməsi türklərin bu iddiasını təmin etməyib. Məsələ ilə əlaqədar məhkəmənin çıxardığı qərarda qeyd edilir ki, Bundestaq tərəfindən qəbul edilən bu qərar heç də iddia edildyi kimi türkəsilli Almaniya vətəndaşlarının hüquqlarını pozmur və onlara qarşı çevrilməyib. Məhkəmənin qərarından narazı qalan türklər insan hüquqları üzrə beynəlxalq məhkəməyə müraciət etmək niyyətindədirlər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

18 − sixteen =