Alimlər qlobal fəlakət haqqında qədim rəsmlər aşkar ediblər

0
629

 

İngiltərənin Edinburq universitetinin alimləri qlobal fəlakətin baş verməsini sübut edən daş sütunlar üzərində rəsmlər tapıblar. “Yeniavaz.com”un Lenta.ru-ya istinadən verdiyi məlumata görə, bu rəsmlər qlobal fəlakəin rəmzləri hesab edilir. Türkiyənin cənub-şərqində Göbəkli-Təpədəki məbəd kompleksində aşkar edilən bu rəsmlərin 12 min yaşı var. Bu da o dövrdə baş verən iqlim dəyişiklikləri dövrü ilə üst-üstə düşür. Araşdırmalar zamanı müəyyən edilib ki, daş sütunlarda təsvir olunan personajlar bürclər və astronomik hadisələrlə bağlıdır. Bəzi rəsmlərin, məsələn, başsız insanın fəlakət rəmzi olduğu ehtimal edilir. Xatırladaq ki, 12 min il əvvəl Yer kürəsində baş verən iqlim dəyişikliklər qəfil buzlaşma dövrünün başlaması ilə müşayiət olunub. Buna əsas səbəbin kometin yerlə toqquşması, həmçinin o dövrdə nüvə müharibəsinin baş verməsi ilə əlaqəli ola bilməsi ehtimal edilir. Bu müstəvidə də daş sütunlarıda bürclərin əks etdirilməsinə diqqəti cəlb edən bəiz tədqiqatçılar bunu kometin yerə yaxınlaşması və baş verəcək qlobal faciə barədə xəbərdarlıq rəmzi kimi izah edirlər. Tədqiqatçıların fikrincə, bu hadisə eramızdan əvvəl 10899 -cu ildə baş verib.

BIR CAVAB BURAXIN