Alimlər əbədi yaşama imkan verən texnologiya yaradırlar

0
668

Alimlər əbədi yaşama imkan verən texnologiya yaradırlar

“Humai” şirkətində çalışan amerikalı alimlər bildiriblər ki, onlar insanların əbədi yaşamasına imkan verən texnologiya yaratmağa müvəffəq olublar. Şirkətin məlumatına görə, sözügedən texnologiya artıq yaxın gələcəkdə bəşəriyyətin ölüm üzərində qələbə çalmasına imkan verəcək.

“Qafqazinfo” ıctnews.az-a istinadən xəbər verir ki, alimlər insan beyninin yeni bədənə nəqlini təklif edirlər.

Onların fərziyyəsinə əsasən, bəşəriyyətin gələcəyi yeni bədəndən asılıdır və sonuncu insanların əbədi yaşayışını təmin edəcək.

Hazırda belə süni bədənlər hələ ki hazırlanmayıb, lakin alimlər bu məsələ ilə əlaqədar aktiv işləyirlər və yaxın illərdə ilk prototip hazırlamağı planlaşdırırlar.

BIR CAVAB BURAXIN