Çərşənbə axşamı, Oktyabr 8, 2024
Ev Xəbərlər “Alfonsdur” deyib ayrıldığı sevgilisi ilə barışdı

“Alfonsdur” deyib ayrıldığı sevgilisi ilə barışdı

0
669
"Alfonsdur" deyib ayrıldığı sevgilisi ilə barışdı - fotolar

Müğənni Meray Keri bir ay öncə ayrıldığı rəqqas sevgilisi Brayan Tanaki ilə barışıb.

İfaçı sevgilisi ilə Kaliforniyada istirahət edir. Tətil zamanı çəkilmiş fotoları Meray İnstaqram hesabına yerləşdirib.

Qeyd edək ki, cütlük ilk dəfə ötən ilin noyabrdan görüşməyə başlayıb. 5 ay müddətində eşq yaşadığı Brayana Keri bir milyon dollardan çox pul xərcləyib.

Meray Tanaki ilə münasibətinə bu ilin aprelində son qoymuşdu. Buna səbəb Brayanın külli miqdarda pul xərcləməsi sənətçinin xoşuna gəlməyib. Keri anlayıb ki, gənc rəqqas alfonsdur və ondan istifadə edir.

Bundan başqa, müğənninin ailəsi də Brayanla olan münasibətinə qarşı çıxıb. Onlar rəqqasın Kerini deyil, pulunu sevdiyini bildiriblər.

Xatırladaq ki, M.Keri iki dəfə ailəli olub. O, 2015-ci ildə əkizlərinin atası Nik Kennondan, 2016-cı ildə isə milyarder həyat yoldaşı Ceyms Pakerdən ayrılıb.Axşam.az

BIR CAVAB BURAXIN