İrana qarşı sanksiyalar: “Ən çox kasıblar əziyyət çəkir”

0
549

İranın bələdiyyə bazarları uzun növbələri ilə məşhur idi. Alıcılar endirimli qiymətlərlə ət, tərəvəz və meyvə almaq üçün növbəyə durardılar. Bu gün isə alıcılar xeyli azalıb. Nəsə almağa gələnlər ancaq günlük ehtiyaclarını qarşılayacaq şeyləri seçməyə çalışır, aşağı gəlirli ailələr isə çətinlik çəkir.

“Allah bu rejimin və rüşvətxor rəhbərlərin bəlasını versin. Öz övladlarını ABŞ və Kanadaya göndərirlər, amma bizi hər gün daha da kasıblaşdırırlar”, Financial Times qəzeti kahı və kələmin pulunu ödəyə-ödəyə danışan orta yaşlı bir qadından sitat gətirir.

ABŞ-ın İrana qarşı yeni sanksiya tətbiq etdiyi dövrdə İranda belə şikayətlər adi hala çevrilməkdədir.

Təhlilçilər deyirlər ki, xalq və rejim arasındakı qopma 1979-cu il inqilabından bu yana heç bu qədər böyük olmamışdı. İran ilin əvvəlində minlərlə insanın küçələrə çıxdığı nümayişlərdən sonra fasilələrlə etiraz aksiyalarına şahid olur. Nümayişlərin çoxu kiçik olub və su problemindən tutmuş işsizliyə qədər müxtəlif səbəbləri var idi.

Xalqın narazılığının əsas səbəbinin rüşvətxorluq iddiaları və siyasətçilərlə yaxın münasibətdə olan iş adamları olduğu deyilir.

İranFotonun müəllifiAFP

İranın Amol şəhərində yaşayan 61 yaşlı keçmiş İnqilab keşikçisi Əli, “rüşvətxorluq o qədər çoxdur ki, hər yerə sızıb. Rüşvətə batmış insanların ciblərini doldurmaq üçün niyə günlük problemlərlə əlləşək və həyatımızı riskə ataq ki?” deyir.

Bələdiyyə bazarındakı bir satıcı Financial Times qəzetinin müxbirlərinə deyir ki, artan qiymətlər satışların 50 faiz azalmasına səbəb olub.

“Əvvəllər ət yeyə bilməyən insanlar ən azından qatıq və çörək yeyə bilirdi. İndi bəzi ailələr qatıq belə ala bilmir” deyib.

Bərpa edilmiş sanksiyalar nəyi əhatə edir?

ABŞ prezidenti Donald Trampın imzaladığı sərəncam ilə İrana qarşı sanksiyalar çərşənbə axşamı 00:01-dən yenidən qüvvəyə minib.

İran prezidenti Həsən Ruhani sanksiyaların bərpasını “psixoloji müharibə” adlandırıb.

Avropa İttifaqı sanksiyalara qarşı çıxış edib və “qanuni bizneslə” məşğul olan şirkətləri qorumağı vəd edib.

Bu ilin əvvəlində ABŞ İranın nüvə müqaviləsi kimi tanınan Birgə Kompleks Hərəkət Planınından çıxıb.

Sanksiyalar bunlardır:

  • İran hökuməti tərəfindən ABŞ əskinaslarının satın alınması və ya əldə edilməsi
  • İranın qızıl və digər qiymətli metallarla ticarəti
  • Sənayedə qrafit, alüminium, polad, kömür və proqram təminatının istifadəsi
  • İran rialına bağlı əməliyyatlar
  • İrana dövlət borcunun verilməsi ilə bağlı tədbirlər
  • İranın avtomobil sektoru

BIR CAVAB BURAXIN