Afrin şəhidinin atası: “Mən ağlayırdım, o gülürdü! “VİDEO

0
324

Afrin hərəkatında şəhid olan əsgər Enes Sarıaslanın atası İmam Sarıarslan, oğuluna son zəngindən danışıb. Mediainfo.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İmam Sarıarslan: “Şəhid olmazdan bir gün əvvəl Cümə günü danışdıq. Mən ağlayıram, o gülür. Sıxıntı yoxdur ata, keçib gedəcək, savaş bitəcək, deyir. Mən ağlayıram, o gülür”,- dedi.

Oğlunun həlak olan yerdən onun işini özünün davam etdirmək istədiyini deyən şəhid atası Sarıarslan: “Allah köməkləri olsun, Allah güc qüvvət versin, Allah, peyğəmbər yanlarında olsun. Əlimizdən başqa da bir şey gəlməz. Əlimizdən dua etmək gəlir başqa da bir şey gəlmir. Məni aparsalar mən də gedərəm övladımın yerinə. Mən onun şəhid olduğu yerdən onun işini  davam etmək istəyirəm”,-dedi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

4 × three =