Azərbaycanda hər ay mindən çox ailə dağılır

0
690

Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 2017-ci ilin yanvar-sentyabr aylarında 47 min 388 nikah qeydə alınıb.

Dövlət Statistika Komitəsindən AzVision.az–a verilən məlumata görə, bu ilin 9 ayında 10 min 977 boşanma olub. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub.

Bu ilin 9 ayı ərzində Daxili İşlər Nazirliyi Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2299 nəfər Azərbaycana gələn, 1377 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 922 nəfər təşkil edib.

BIR CAVAB BURAXIN