Abxaziya Rusiyaya birləşməyi planlaşdırmır

0
625

Gürcüstandan birtərəfli qaydada müstəqilliyini elan etmiş tanınmayan Abxaziyanın “baş naziri” Artur Mikvabiya bəyan edib ki, respublika Rusiyaya birləşməklə bağlı referendum keçirmək niyyətində deyil.

Separatçı hökumətin başçısının sözlərinə görə, Suxumi 2017-ci ildə müvafiq referendumu keçirməyi planlaşdıran Cənubi Osetiyanın nümunəsinə uyğun hərəkət etməyəcək.

“Osetinlər iki yerə bölünmüş xalqdır, yarısı Rusiyada yaşayır, yarısı da Cənubi Osetiyada. Buna görə də, onların birləşmək arzusu var”, – Mikvabiya aydınlıq gətirib.

“Baş nazir” bildirib ki, Abxaziyada vəziyyət fərqlidir.

“Biz müstəqil dövlət olmaq və böyük Rusiyanın etibarlı və sədaqətli müttəfiqi olmaq istəyirik”, – o deyib.

BIR CAVAB BURAXIN