ABŞ Suriya kürdlərini silahlandıracaq

0
600
 

ABŞ Suriyanın Rəqqa şəhərini İŞİD terror qruplaşmasından azad edilməsi üçün kürd silahlılarına “məhdud sayda” silah-sursat tədarük edəcək.

Bu barədə RİA Novosti-yə Pentaqondan bildirilib.

“Biz ABŞ-ın bu addımları ilə əlaqədar Türkiyənin narahatlığını yaxşı anlayırıq… Biz bu silah-sursatı konkret hərbi məqsəd üçün tədarük edirik. Bizim ayıracağımız silah yalnız Rəqqanın azad edilməsi üçün nəzərdə tutulub”, – deyə Pentaqon nümayəndəsi qeyd edib.(APA)

BIR CAVAB BURAXIN