ABŞ “rus aqressiyasının” qarşısını almaq üçün 4,6 milyard ayırdı

0
453

ABŞ Konqresinin hər iki Palatası Rusiyanın Avropada qarşısının alınması üçün 4,6 milyard dollar ayırmaq qərarına gəlib. Arazinfo.com-un APA-ya istinadən xəbərinə görə, bu barədə Senatın Silahlı qüvvələr üzrə komitəsinin saytında bildirilir. Məlumata görə, dövlət büdcəsindən Pentaqona ayrılan maliyyə vəsaitləri ABŞ-ın Avropada mövqeyinin gücləndirilməsinə yönəldiləcək. O cümlədən Baltikyanı ölkələrin müdafiə qabiliyyətini artırılmasına 100 milyon dollar xərclənə bilər. Qanun layihəsi Nümayəndələr Palatası və Senatda qəbul edildikdən sonra imzalanmaq üçün prezidentə göndəriləcək.

Bundan əvvəl ABŞ Senatı və Konqresin Nümayəndələr Palatasının müvafiq komitələri 2018-ci maliyyə ilində Ukraynaya 350 milyon dollarlıq hərbi yardım edilməsi barədə razılığa gəliblər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

four × 4 =