ABŞ nəşri Rusiyanın dəhşətli silahından yazdı

0
597

Rusiyanın yeni havadan müdafiə sistemi S-500-ün bənzəri yoxdur.

Arazinfo.com axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “Nəşnl İnterest” nəşri məlumat yayıb. Məqalədə bildirilib ki, Rusiya yeni sistemi imkansız görünən məsafələrdə sınaqdan keçirib. Belə ki, S-500-ün təxminən 481 km məsafədəki hədəfi uğurla vurduğu deyilir.

Mütəxəssislər bu rəqəmin digər sistemlərin atış məsafəsindən təxminən 80 km çox olduğunu bildirirlər.

Eyni zamanda deyilir ki, S-500 potensial təhlükənin səviyyəsi, yeri, dərəcəsi ilə bağlı müxtəlif raketlər istifadə etmək qabiliyyətinə malikdir.

BIR CAVAB BURAXIN