ABŞ Konqresinin spikeri Assangı ‘Rusiya yalağı’ adlandırıb

0
471
 

WikiLeaks saytının yaradıcısı Julian Assange

WikiLeaks saytının yaradıcısı Julian Assange

ABŞ prezidenti seçilmiş Donald Tramp Rusiyanın Amerika prezidentinin seçkisinə kibermüdaxiləsi iddiaları ilə bağlı özü ilə Birləşmiş Ştatların kəşfiyyat xidmətləri arasındakı gəriginliyi artırıb.

AzadlıqRadiosu bildirir ki, Kəşfiyyat və təhlükəszilik xidmətlərinin vəzifəliləri, habelə rəsmilər Donald Trampın bu məsələdə, seçkinin nəticələrini təsirləndirdiyi söylənən sızdırmaları yaymış WikiLeaks rəhbəri Julian Assange-ın tərəfini saxlamasından dərin narahartlıq ifadə ediblər.

“Julian Assange deyir ki, ola bilsin 14 yaşlı uşaq Podestaya haker hücumu edib. NDC niyə bu qədər ehtiyatsızdır? O həm də deyir ki, ruslar ona informasiya verməyiblər!” – yazıb Tramp Tvitterdə.

Assange bundan əvvəl Fox News şəbəkəsinə müsahibəsində ona sızdırılmış e-maillərin Rusiya tərəfindən verilmədiyində israr etmişdi.

Buna baxmayaraq, MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) və FTB (Federal Təhqiqatlar Bürosu) bildirirlər ki, onların təhlili Rusiyanın seçkiyə Trampın xeyrinə müdaxilə etdiyini göstərir.

Donald Tramp da Rusiya hökuməti kimi bunu inkar etməklə, ABŞ-ın rəsmi kəşfiyyat orqanlarının yox, “rəqib ölkənin” tərəfini tutub.

Vaşinqtonda bir çoxları prezident seçilmiş şəxsin Assange-ın dediklərini həqiqət kimi qəbul etməsindən heyrətə gəliblər.

Trump bundan əvvəl də MKİ-ni İraqa müdaxiləyə səbəb olmuş yanlış məlumatlar verməkdə ittiham etmişdi.

“Rusiya yalağı”

Vəzifəli respublikaçılar Assange-ı ABŞ hökumətinin məxfi sənədlərini yaymaqda ittiham edirlər və ABŞ hüquq-mühafizə orqanları hazırda onun barəsində cinayət araşdırması aparır.

Respublikaçıların Nümayəndələr Palatasındakı lideri Paul Ryan Assange-ı “Rusiya yalağı” adlandırıb.

Donald Trump və Nümayəndələr Palatasının spikeri Paul Ryan(sağda)

Donald Tramp və Nümayəndələr Palatasının spikeri Paul Rayan(sağda)

Bir çox ABŞ rəsmiləri Trampın kəşfiyyat orqanları ilə kəllə-kəlləyə gəlməsindən dərin narahatlıq ifadə ediblər.

Pentaqondan ötən il istefa vermiş Evelyn Farkas deyib ki, Dövlət Departamenti və Müdafiə Nazirliyindəki funksionerlər Trump-ın ABŞ kəşfiyyatına münasibətindən həyəcana gəliblər.

Farkas AzadlıqRadiosuna deyib ki, Pentaqon və Dövlət Departamenti ABŞ kəşfiyyatının məlumatlarına etimad və diqqətlə yanaşır.

Respublikaçı senator Lindsey Graham isə CNN telekanalına Trampın Assange-ın iddialarını qəbul etməsini “çox narahatedici” adlandırıb.

O deyib ki, WikiLeaks saytının yaradıcısı ABŞ-ın maraqlarına bundan əvvəl də hücumlar edib.

Graham-ın fikrincə heç bir amerikalı Assange-a inanmır.

Bir çox respublikçalıar, o cümlədən Senatın Silahlı Qüvvələr Komitəsinin rəhbəri senator John McCain Moskvaya qarşı daha sərt tədbirlərin görülməsinə çağırır.

Bu arada yanvarın 5-də dövlət katibinin müavini Victoria Nuland Senatın Xarici Əlaqələr Komitəsinin qapalı iclasında Obama administrasiyasının Rusiyaya qarşı yeni sanksiyaları barədə brifinq verəcək.

Yanvarın 6-da isə Trampa Rusiyanın iddia olunan seçki müdaxiləsi barədə kəşfiyyat məlumatları verilməlidir. Tramp brifinqin yanvarın 3-də təxirə salınmasını “qəribə” adlandırıb.

Lakin ABŞ rəsmiləri Trampın kinayəsini rədd ediblər və bildiriblər ki, brifinq lap əvvəldən yanvarın 6-a təyin olunmuşdu.

Prezident Obama Rusiyanın kiberhücumu barədə tam hesabatın yanvarın 20-dək təqdim olunmasına göstəriş verib.

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru John Brennan bildirib ki, “hesabatın təqdimatı üçün son tamamlama işləri” gedir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

1 × 3 =