ABŞ-ın verdiyi medalı rədd edən, 4 alman zabitini təkbaşına əzişdirən TÜRK HƏRBÇİSİ

0
433

ABŞ-ın verdiyi medalı rədd edən, 4 alman zabitini təkbaşına əzişdirən TÜRK HƏRBÇİSİ

Türkiyə Ordusunun Xüsusi Təyinatlılarında xidmət edən bir zabit yüksək uğurlarına görə ona medal vermək istəyən ABŞ-ın təklifini rədd edib.

Hadisə mayın 10-da çərşənbə axşamı, İncirlik hərbi bazasında, İŞİD-lə mübarizə koalisiyasının qərargahında baş verib.

Qərargahda keçirilən mərasimdə, göstərdiyi yüksək nailiyyətlərə görə bir türk zabitinə ABŞ tərəfindən medal təqdim ediləcəkdi.

Mərasimdə çıxış edən, adı açıqlanmayan türk zabiti “Sizin verdiyiniz medalı qəbul etməyim mümkünsüzdür” deyib. Türk zabiti medalı qəbul etməməsinin səbəbi kimi ABŞ-ın terror təşkilatı PKK/YPG-yə verdiyi dəstəyi göstərib.

“Türkiyə olaraq gözəl işlərə nail olduğumuzu düşünürəm. Bunların ən əhəmiyyətlisi də Əl-Bab əməliyyatı zamanı heç bir mülki itki və dost atəşi ilə vurulma hadisəsinin olmamasıdır. Lakin xəritəyə baxdıqda Suriya və İraqda bu cür itkilər baş verir. Bu da Türkiyənin bu işdə doğru-dürüst olduğunu göstərir. Bu medalı verənlər mənim düşmənim olan PKK/YPG ilə əməkdaşlıq edirlər. Şərəfim bu medalı qəbul etməyimə imkan vermir” deyə türk zabiti qeyd edib.

Bundan sonra, türk zabiti tədbiri tərk edib.

İncirlik hərbi bazasında ABŞ-ın ona verdiyi medalı qəbul etməyən türkiyəli xüsusi təyinatlı zabitin kimliyi məlum olub.

Publika.az “Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, amerikalıların medalından imtina edən zabit türk ordusunun polkovniki Orkun Özellerdir.

Orkun PKK-ya qarşı döyüşüb, “Fərat qalxanı” əməliyyatında iştirak edib. Vaxtilə Kosovada sülhməramlı olaraq təmsil olunub. Onun Kosovada 4 alman əsgərinin başına açdığı oyun məşhurdur:

2003-cü il: Süleymaniyədə 11 türk əsgərinin amerikalılar tərəfindən həbs olunması hadisəsi gündəmdən düşmürdü. Həmin vaxt Kosovada 4 alman zabitinin bir türk zabitinə hücum etdiyi haqda da məlumatlar yayıldı. Bu türk zabit Orkun Özeller olub. Gecə saatlarında alman zabitlər şəhərin mərkəzində Şadırvan körpüsünü keçən türk zabit Özelleri sorğu-suala tutmaq istəyir. Onun silahını zorla almaq və özünü maşına mindirmək istəyərkən, dava düşür. Özeller 4 alman zabitini döyür, daha sonra hadisəyə yerli sakinlər qarışır. Kosovalılar türk zabiti müdafiə edirlər. Türk zabiti və kosovalılar 4 alman zabitini şəhərin küçələrində qovmağa başlayırlar. Almanlar sonda kilsəyə sığınaraq, xilas olur.

Asif

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

2 − one =