Avroliqa matçında insident: Hakimin başını yardılar – Video

0
278

Avstriyada “Şturm” və Kiprin AEK komandaları arasındakı Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu yarımçıq dayandırılıb.

Sportnet.az-ın məlumatına görə, 78-ci dəqiqədə yan xətt hakiminin başına tribunadan atılan şüşə qab dəyib. Nəticədə yerə sərilən laynsmanın başından qan açılıb. Bunu görən isveçli baş hakim Məhəmməd əl-Hakim komandaları paltardəyişmə otağına göndərib.

“Şturm”un mətbuat xidməti fanatların hərəkətini yolverilməz və klubun nüfuzuna xələl gətirən addım adlandırıb. Habelə, insidentin səbəbkarının saxlanıldığı açıqlanıb.

Qeyd edək ki, insident zamanı AEK 2:0 hesabı ilə öndə olub. Görüş 40 dəqiqə sonra bərpa edilib və elə bu hesabla da yekunlaşıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

six − six =