Rusiya, Türkiyə və İran XİN-in rəhbərlərinin görüşündən sonra Suriyada atəşkəs barədə danışmaq tezdir.
Trend-in verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.
“Fikirləşirəm ki, bu barədə danışmaq hələ tezdir”, – Kirbi bildirib.
Nümayəndə əlavə edib ki, Kerri Lavrov və Çavuşoğlu ilə telefon danışığı aparıb və onlar aparılan danışıqlar barədə ona məlumat veriblər.