ABŞ-da İrana işləyən erməni 25 il azadlıqdan məhrum edilib

0
863

ABŞ məhkəməsi İran hökumətinin təyyarə hissələri və zenit raketləri əldə etməsinə köməklik etməyə cəhd göstərdiyinə görə, Amerika və İran vətəndaşlığı olan şəxs 25 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Nyu-York Prokurorluğunun məlumatında qeyd olunur.

1999-cu ildə Amerika vətəndaşlığı almış Olanyan adlı şəxs 2010-ci ilin oktyabrında Estoniyada saxlanılıb, oradan isə ABŞ-a ekstradisiya edilib. Prokurorların sözlərinə görə, o, 2012-ci ildə Ukrayna ərazisində zenit raketləri və hərbi təyyarə hissələrinin satışı üzrə sövdələşmə əldə etmək üçün özünü Rusiyadan silah alverçisi kimi təqdim edən ABŞ-ın narkotik maddələrə dair qanunların tətbiqinə nəzarət Administrasiyasının nümayəndəsi ilə görüşüb.

Olanyanın prokurorların sərəncamına düşən elektron yazışmalarından məlum olub ki, o, məhsulun əldə edilməsi və onun Əfqanıstan və ya digər qonşu ölkələrdən İrana daşınmasına dair planını təsvir edib. Yekun nəticədə o, İrana azı 200 raket tədarük etməyi planlaşdırıb. 2016-cı ilin noyabrında məhkəmə onu müqəssir bilib.

BIR CAVAB BURAXIN