SOS: Türkiyənin məhvi planı işə salınıb

0
610

Türkiyə rəsmi Dəməşq və Bağdadla əlaqələrini gücləndirməlidir.

 

Bunu mediaya açıqlamasında Türkiyə Baş Qərargahının keçmiş kəşfiyyat rəisi general İsmayıl Hakkı Pekin söyləyib.

 

Onun sözlərinə görə, ABŞ-a istiqamətlənən siyasət Ankaranın maraqlarına cavab vermir:

 

“Putinlə keçirilən görüşlər Türkiyənin Suriya siyasətində dəyişiklik başladığını göstərir. Ankaranın bu ölkədə daha ehtiyatlı hərəkət etməsinə ehtiyac var. Ölkənin Suriya siyasəti tez bir zamanda dəyişə bilməz. Ona görə ki, burada oyunçu sayı çoxdur. Suriyada ABŞ, İran, Rusiya və digərləri var. Üstəlik, Türkiyənin ABŞ-ı birbaşa özünə düşmən edərək hərəkətə keçməsi mümkün deyil. Buna görə də Rusiya, İran, Suriya, İraqla birgə hərəkət etməlidir. Vaşinqtonun strategiyası Suriyanı parçalamaqdır. Bu, Türkiyənin parçalanmasına səbəb olacaq. Parçalanan Türkiyə isə nə Qərbin, nə də Rusiyanın işinə yarayacaq. Türkiyə Bağdadla dost olmaq yerinə onu özündən uzaqlaşdırır, bu isə ABŞ-a sərf edir. Türkiyə İraqın yenidən bərpasında əsas söz sahibi olmalıdır. Çünki biz qonşuyuq və oradan gələn təhdidlə üz-üzəyik. Üstəlik, Ankara yeni osmanlıçılıq siyasətindən əl çəkməlidir. Bunu həyata keçirmək üçün gücümüz yoxdur. Əgər inad edib arxasınca getsək, Türkiyə, İraq, Suriya parçalanacaq. Nəticədə ABŞ-ın Böyük Ortaşərq Layihəsinə dəstək vermiş olacağıq”.

Axar.az

 

BIR CAVAB BURAXIN