ABŞ-da 7,2 bal gücündə zəlzələ baş verib

0
832

ABŞ-ın Alyaska ştatı təbii fəlakətin dəhşətlərini öz üzərində hiss edib.

Arazinfo.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu gecə Alyaskada rixter şkalası ilə 7,2 bal gücündə zəlzələ baş verib.

Bununla bağlı ABŞ-ın Okean və Atmosfer Tədqiqatları Mərkəzi (NOAA) tərəfindən verilən məlumata görə, zəlzələnin episentri Ankorica şəhərindən 12 km şimalda  35,5 km dərinlikdə qeydə alınıb. Hazırda zəlzələdən sonra baş verən dağıntı və tələfat ilə bağlı dəqiqləşdirmə aparılır.

Sunami təhlükəsi ilə əlaqədar yerli əhaliyə yaşadıqları yeri tərk edərək daha hünndür yerlərdə məskunlaşmaq tövsiyə edilib.