29 yaşlı gəlin evdən qaçıb – “Mən gedirəm…”

0
646

Göyçay rayonunda 29 yaşlı qadın evdən çıxaraq geri qayıtmayıb.

Arazinfo.com“Qafqazinfo”ya istinadən xəbər verir ki, rayon sakini, 1982-ci il təvəllüdlü Məmmədov Rüfət Rasim oğlu APA-ya bildirib ki, həyat yoldaşı, 1989-cu il təvəllüdlü Lətifova Türkan Vaqif qızı yanvarın 18-də yaşadığı Göyçay şəhərinin M.S.Ordubadi küçəsindəki evlərindən çıxaraq geri qayıtmayıb. O, bir uşaq anası olan Türkan Lətifovanın şəkərli diabet xəstəsi olduğunu, müalicəsi üçün istifadə etdiyi dərman preparatlarının, şəxsiyyət vəsiqəsinin, geyim əşyalarının evdə qaldığını bildirib. Rüfət Məmmədov Oğuz rayonu Bayan kənd sakini olan Türkan Lətifova ilə ötən ilə ailə qurduğunu və evdə heç bir söz-söhbət olmadığını, xəstəliyi ilə bağlı onu müalicə etdirdiyini bildirib:

“Yanvarın 18-də işdə idim, nahar vaxtı Türkan zəng edərək dedi ki, evdə yemək hazırlamışam, gəlib yeyərsən. Mən evə gəldikdə gördüm ki, Türkan yoxdur. Evdə onun məktubunu tapdım. Türkan məktubda “Rüfət, səni sevirəm, amma gedirəm” sözlərini yazaraq evi tərk edib”.

R.Məmmədov həyat yoldaşının tanımadığı bir qadınla avtobusa minərək Bakı istiqamətinə getdiyini bildirib. Araşdırma zamanı məlum olub ki, Türkan Lətifova Oğuz rayonunda yaşayan valideynlərinin də yanına getməyib. Rüfət Məmmədov həyat yoldaşının səbəbsiz yerə naməlum istiqamətə getməsi və geri qayıtmaması barədə Göyçay Rayon Polis Şöbəsinə məlumat verib.

Polis Şöbəsi 4 gün öncə Türkan Lətifovanı itkin düşən şəxs kimi qeydiyyata alıb və onun axtarışına başlanılıb.

Qadın evdən çıxarkən əynində cins şalvar, sarı gödəkcə və idman ayaqqabısı olub. Onu görən şəxslərdən 0202740491, 051-574-00-20, 0505844667 nömrəli telefonlara zəng etmək xahiş olunur.

BIR CAVAB BURAXIN