Suriya ordusu terrorçulara Hələbi tərk etmək üçün daha bir imkan verdi

0
541

Suriyanın hökumət ordusunun komandanlığı oktyabrın 2-də Hələbin şərq hissəsində yerləşən qanunsuz silahlı birləşmələri şəhəri tərk etməyə çağırıb və bunun üçün onlara təhlükəsiz dəhlizin təmin olunacağını bildirib.

Virtualaz.org Suriyanın SANA agentliyinə istinadən xəbər verir ki, rəsmi Dəməşqin bəyanatına əsasən, “Suriya və Rusiya ordularının liderləri silahlılara təhlükəsiz çıxış və hər cür yardım təqdim etməyə hazırdır”.

Xatırladaq ki, bu gün davam edən döyüşlər nəticəsində hökumət qoşunları şəhərin şimal hissəsini və şərq hissəsinin bəzi məhəllələrini terrorçulardan təmizləyib. Silahlılar tələsik qaçmağa başlayıblar.

Eyni zamanda, hökumət qoşunları terrorçuların Suriyanın şimalından ərzaq və silah yardımı aldıqları Əl-Cancul yolunu tamamilə bağlayıblar.

Suriya ordusunun komandanlığı göstərdiyi əvəzsiz hərbi və siyasi köməyə görə Rusiyaya təşəkkürünü bildirib.

BIR CAVAB BURAXIN