NATO ölkəsi Dağlıq Qarabağa yardım edir?

0
546

Ermənistanın Çarentsvana şəhərində yerləşən və hərbi məhsullar istehsal edən “Lubawa Armenia” müəssisəsi Dağlıq Qarabağa da hərbi yardım edir.
İlk baxışda, Ermənistanda fəaliyyət göstərən bir müəssisənin işğal altında saxlanılan ərazilərdəki qoşunlara yardım etməsində təəccüblü bir şey olmasa da, unutmaq lazmı deyil ki, “Lubawa Armenia” şirkəti müştərək Polşa-Ermənistan şirkətidir.
2014-cü ilin oktyabrından Çarentsavan şəhərində işə başlayan müəssisənin 51%-i Polşaya, 49%-i isə Ermənistan tərəfinə məxsusdur. 100-dən artıq işçisi olan “Lubawa Armenia”nın direktoru funksiyasını Polşa vətəndaşı olan Yaroslav Rux icra edir.
“Lubawa Armenia” şirkəti hərbi texnika üçün pnevmatik maketlər, zirehli jilet, hərbi çadırlar və kəşfiyyatçılar üçün xüsusi vasitələr istehsal edir. Bu məhsulların əksəriyyəti Ermənistan Müdafiə Nazirliyi, bir hissəsi isə Gürcüstana satılır.
Son günlər şirkətin Dağlıq Qarabağda dislokasiya olunmuş erməni hərbi birləşmələrinə hərbi məhsullar tədarük etməsi sosial şəbəkələrdəki şəkillər vasitəsilə yayılıb.
Sonuncu belə şəkildə Qarabağdakı erməni hərbçilərinin “Lubawa Armenia” şirkətinin istehsal etdiyi hərbi çadırların fonunda hərəkəti əks olunub.
NATO-nun üzvü olan Polşa dövlətinin Şimali Atlantika alyansına alternativ olaraq yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü Ermənistanla Qarabağ bölgəsində əməkdaşlığı hərbi blokun məsələ ilə bağlı sərgilədiyi rəsmi mövqeyini şübhə altına alır.  /modern.az

BIR CAVAB BURAXIN