10 yaşındakı dahi – O Eynşteyn və Hokinqi geridə qoydu

0
567
10 yaşındakı hindli uşaq Eynşteyn və Hokinqi belə geridə qoydu.
İngiltərədə yaşayan Hind əsilli uşaq İQ testində 162  bal yığaraq A.Eynişteyn və Stiven Hokinqdən daha yüksək nəticə əldə edib.
“Reading Boys Grammer Scool “da təhsil alan Hind əsilli Mehul Garg keçən il Menson testində 162  bal yığan 13 yaşındakı qardaşı Dhrov kimi sınağa girmək istədi. Və sonda eyni testdən 160 bal yığan Eynşteyn və Hokinqdən daha yüksək bal yığdı.
Mehul həmçinin qardaşının rekordunu da qırıb. Anası Divya Garg Mehulun çox rəqabətçi bir uşaq olduğunu vurğulayaraq “qardaşı keçən il İQ testindən 162  bal qazananda özünün qardaşından az ağıllı olmadığını sübut etmək istədiyini” deyib. O, Mehulun cavabları alandan sonra göz yaşlarına boğulduğunu söyləyib.
Kriket və buz konkisi ilə məşğul olmağı sevən 10 yaşındakı dahi “Google” kimi boyük bir texnologiya şirkətini idarə etmək niyyətində olduğunu da gizlətməyib. Kubik-rubiki 100 saniyədən tez vaxtda yığan Mehul eyni zamanda bateri çalır. 10 yaşında bir layihəsi var. Qardaşı ilə birlikdə sosial izolyasiyanı azaltmaq istəyən və qonşuları bir-birinə bağlayan bir tətbiq üzərində çalışan Mehul layihə üçün kütləvi maliyyələşdirmə yolu ilə indidən 1.300 pound hədiyyə toplamağı da bacarıb. Mehul həmçinin Channel 4-də  yayımlanacaq “Dahi uşaqlar 2018” proqramında iştirak edəcək.

BIR CAVAB BURAXIN