AZƏRBAYCAN İYULDA MÜHARİBƏYƏ BAŞLAYIR? – “Məsələ NATO-nun gündəliyinə salınacaq”

0
621

Ermənistanın Kanadadakı keçmiş səfiri, hazırda siyasi ekspert kimi çalışan Ara Papyan Azərbaycanın yay aylarında müharibəyə başlayacağını deyib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Papyan hərbi əməliyyatların qısa müddətli olacağını bildirib.

“İyunun 17-18-də Bakıda “Formula-1” yarışları keçiriləcək, 7-8 iyulda isə Vaşinqtonda NATO-nun sammiti keçiriləcək. Bu aralıqda Azərbaycan müharibə edərək məsələnin müzakirəsini NATO-nun gündəliyinə salacaq”.

ara_ermenilerPapyanın fikrincə, baş verənlər Roma Papasının Ermənistana səfərinə mane olacaq. Keçmiş səfirin fikrincə, Rusiya Qarabağın Azərbaycan qaytarılmasında maraqlıdır.
“Bununla Kreml Azərbaycanı Avrasiya İqtisadi Birliyinə üzv etməyə şirnikləndirir”.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

BIR CAVAB BURAXIN