Ərdoğanı devirmək üçün gələn amerikalı casusun şok MESAJI

0
701

Türkiyədə 15 iyul dövlət çevrilişi planının əsas müəlliflərindən olduğu deyilən ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatının (CİA) keçmiş yüksək vəzifəli casusu, Türkiyə üzrə mütəxəssisi Qraham Fuller Ankaranı Suriyadan çəkilməyə çağırıb.

Publika.az xəbər verir ki, Fuller qələmə aldığı məqalədə Türkiyənin modern tarixində xarici siyasətinin fiaskoya uğradığını iddia edib.

O, Ərdoğanı Suriya problemini qızışdırmaqda ittiham edib.

“1. Türkiyə Əsədin yaxın dövrdə postundan ayrılmayacağı həqiqətini dərk etməli, ona qarşı çıxmaqdan vaz keçməlidir. Rusiya, ABŞ, Çin, Misir və hətta bir çox suriyalı Əsəddən sonra baş verəcəklərin daha pis olacağını anlayır. Türkiyənin də bu faydasız mübarizədə qazanacağı çox az şey var, əksinə daha çox itirə bilər.

2. Türkiyə Suriyada sülhə nail olmaq üçün ABŞ, Rusiya və Avropa Birliyi kimi böyük güclərlə çalışmalıdır. Səudiyyə Ərəbistanı ilə qurmaq istədiyi sünni ordu ideyasını rədd etməlidir.

3. Bölgədə məzhəb qarşıdurmasının əleyhinə olan keçmiş mövqeyinə qayıtmalıdır.

4. İranla münasibətləri genişləndirmək üçün çalışmalıdır.

5. Məzhəb qarşıdurması problemini həll etmək üçün İraqla yaxından əməkdaşlıq etməlidir.

6. Səudiyyə Ərəbistanı ilə strateji münasibətlərə son qoymalıdır.

7. Məzhəb yaxınlaşması fonunda yanaşmayacağı halda, Körfəz ölkələri ilə əməkdaşlıq etməli, xüsusilə Qətərlə əlaqələri genişləndirməlidir.

8. Rusiya ilə münasibətləri yoluna qoymalı, NATO-nu Rusiyaya qarşı qoymamalıdır.

9. Bölgədə “kürd elementləri” ilə yaxın münasibət qurmağı prioritet istiqamət kimi seçməlidir”, – deyə Q. Fuller vurğulayıb.

Qeyd edək ki, 15 iyul dövlət çevrilişi planının əsas müəlliflərindən birinin məhz Fuller olduğu deyilir. Məlumata görə, Fuller iyulun 15-də İstanbulda olub.

“Türkiyə” qəzetinin iyulun 23-də yazdığı məqalədə bu haqda bəhs olunmuşdu.

Məqalədə qeyd edilir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Türkiyə üzrə mütəxəssisi Henri Barkey çevrilişə cəhd edilən günün axşamı İstanbul “Büyükada Splendid Palace” otelində idi.
H. Barkey Fətullah Gülənin ABŞ-da yaşamaq hüququnu təmin edən CİA-nın keçmiş şeflərindən olan Qraham Fullerə yaxın adamlardan biridir. İkisi birlikdə “Türkiyədə kürd problemi” kitabını yazıb.
H. Barkey 15 iyul saat 10:24-də Atatürk Hava Limanında enib. İyulun 18-dən 19-na keçən gecə səhər saat 04:05-də Atatürk Hava Limanından Türkiyəni tərk edib. Digər ehtimala görə, H. Barkeyin Türkiyəyə gəlişi bilərəkdən de-şifrə edilib. Məqsəd diqqəti çevriliş günü Türkiyəyə gələn Qraham Fullerdən yayındırmaq olub.

“Əsas gələn CİA-nın keçmiş şeflərindən olan Fətullah Gülənin hamisi Qraham Fuller idi. Henri Barkeyin sadəcə hədəfi çaşdırmaq məqsədi daşıyırdı”, – deyə mənbə israrla qəzetə bildirib.

Məlumata görə, Fullerin özü çevriliş planını idarə etmək üçün Türkiyədə olub.

Onun dövlət çevrilişi planı baş tutmayandan sonra 8 hərbiçini Yunanıstana qaçıran helikopterin içində olduğu da deyilir.

Bu iddia ilə çıxış edən AKP-nin Ərzurumdan olan deputatı Orhan Deligöz deyib ki, amerikalı casus Fuller CİA-nın “İstanbul masası”nın şefi olub:  “O, 1964-cü ildə Türkiyəyə gəldi və 1966-cı ildə Fətullah Gülən camaatı quruldu. İllər sonra o, Gülənin Amerikada yaşamaq icazəsi almasına kömək edib. Əslində 15 iyul planı 1964-cü ildən başlayaraq, hazırlanıb. 15 iyulda da Fuller İstanbulda idi. Plan baş tutmayanda onu Yunanıstana qaçırdılar. 8 əsgərin olduğu deyilən helikopterdə Fuller də var idi”.

Qeyd edək ki, dövlət çevrilişinə adı hallanan CİA-ın hər iki keçmiş casusu – Qraham Fuller və Henri Barkey haqda Türkiyə tərəfindən cinayət işi açılıb.

Asif

BIR CAVAB BURAXIN