İsrailin sabiq prezidenti Şimon Peres 94 yaşında vəfat edib

0
588

İsrailin sabiq prezidentiŞimon Peres sentyabrın 28-nə keçən gecə iki həftə əvvəl keçirdiyi insultdan 94 yaşında vəfat edib.

 

Bu barədə İsrail televiziyası məlumat yayıb.

 

Şimon Peresin yaxınlarının səhər saatlarında onun ölümü ilə bağlı rəsmi məlumat yayacağı bildirilir.

 

Xatırladaq ki, İsrailin sabiq prezidenti Şimon Peres sentyabrın 13-ü axşam saatlarında kəskin beyin qansızmazı ilə nəticələnən insult keçirib. Xəstəxanaya yerləşdirilən İsrailin doqquzuncu prezidenti medikamentoz yuxuya verilib, ağ ciyərləri havalanma aparatına qoşulub.

 

Qeyd edək ki, bu il ərzində Peres azı üç dəfə ürəyindəki problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.

 

Belarusda anadan olmuş Şimon Peres iki dəfə İsrailə rəhbərlik edib.

 

Şimon Peres (həmçinin İsrailin o zamankı prezidenti İtshak  Rabin və Fələstin prezidenti Yasir Ərəfat) 1993-cü ildə Fələstinlə sülh sazişi imzaladığına görə Nobel mükafatına layiq görülüb.

BIR CAVAB BURAXIN