Ərdoğan Rusiya ilə hərbi-siyasi ittifaq yaratdı

0
677

Vaşinqtonun Suriyada Rusiya-Türkiyə müharibəsi yaratma planı boşa çıxdı. Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə qeyri-rəsmi hərbi-siyasi ittifaq yaradıb.

 

Axar.az xəbər verir ki, bunu rusiyali politoloq Andrey Manoylo Ankara-Moskva əlaqələrini şərh edərkən deyib.

 

Onun sözlərinə görə, Ankara Suriyanın şimalında hərbi əməliyyatlara başlamadan öncə Moskva və Dəməşqin razılığını alıb:

 

“ABŞ Suriyada Rusiya və Türkiyə arasında müharibə yaratmağa çalışırdı. 24 noyabrda baş verən Su-24 böhranını xatırlayaq. Ancaq Vaşinqtonun bu planı iflasa uğradı. ABŞ bu dəfə 15 iyul dövlət çevrilişinə cəhd edərək Ərdoğanı taxtdan endirməyə çalışdı. Ancaq bu da alınmadı.

 

ABŞ-ın bütün bu uğursuz cəhdləri Ərdoğanın Rusiya ilə qeyr-rəsmi hərbi-siyasi ittifaq yaratmasına səbəb oldu.

 

Bu gün Türkiyə ordusu Suriyanın şimalındadır. Ankara Moskva və Dəməşqin qeyri-rəsmi razılığını aldıqdan sonra bu addımı atdı. Türkiyə yaxın Şərqdə Rusiyanın əsas müttəfiqi hesab oluna bilər”.

BIR CAVAB BURAXIN