Rusiyalı model Kseniya Deli misirli, milyarder əri Ossama Fathi Rabah Al-Shariflə evliliklərinin birinci ildönümünü qeyd edib.
Ossama Fathi Rabah Al-Sharif Misirdə yaşayır və işləyir. Lakin bu amil dünyanın o biri qitəsində olan həyat yoldaşını sevindirməyə mane olmur. Belə ki, nikahın birinci ildönümü şərəfinə həyat yoldaşı Kseniyanın otağının çəhrayı gül-çiçək və hava şarları ilə bəzətdirib.
Cütlük vaxtının çoxunu Los-Ancelesdə, ya da dünyanın ən yaxşı kurortlarında keçirir, həmçinin gözəl dəbdəbəli həyatını nümayiş etdirməyə çəkinmir. Model bildirib ki, uşaq sahibi olduqdan sonra əri ilə eyni şəhərdə yaşamağa başlayacaq.
Xatırladaq ki, 27 yaşlı model 63 yaşlı ərəb iş adamı ilə evlənməzdən əvvəl Edqor Krid və Castin Biberlə sevgili olub.
“What Do You Mean” klipində Castin Biberlə olan açıq-saçıq səhnələrdən sonra Biberin fanatlarından ölüm təhdidləri alan Deli “Aramızda heç bir şey yoxdur” deyə, açıqlama vermək məcburiyyətində qalmışdı.
“Playboy”un keçmiş simalarından olan Kseniya Deli “Victoria’s Secret” üçün də modellik edib.
Qeyd edək ki, həyat yoldaşı modelə evlilik hədiyyəsi olaraq, lüks avtomobil, zinət əşyaları alıb. Ərinə aşiq olduğunu deyən model, ona “kralım, ruhum” deyə, müraciət edir.Publika.az