İstanbulda terror aktı törədənlərin fotoları yayıldı – Biri qadın olub

0
624

İyunun 7-də Türkiyənin İstanbul şəhərində 12 nəfərin ölümü ilə nəticələnən terror aktını törədənlərin fotoları yayılıb. Ans press-in məlumatına görə, İstanbul Terrorla Mübarizə İdarəsinin apardığı araşdırmalar nəticəsində ətrafdakı təhlükəsizlik kameralarının qeydləri təhlil edilib. Nəticədə polis Vezneciləri qana bulayan terrorçuların görüntülərini əldə edə bilib.
Təhlükəsizlik kameralarından əldə edilən görüntülərdə qadın kamikadze ilə terror hücumunu təşkil edən şəxs birlikdə görüntülənib.
İstanbulda partlayıcı qurğu yerləşdirilmiş avtomobilin partladılması nəticəsində 7-si polis olmaqla 12 nəfər həlak olmuş, 36 nəfər yaralanmışdı.

İstanbulda partlayış qurbanlarının sayı 12 nəfər oldu

Həmin partlayış zamanı həmçinin bir Azərbaycan vətəndaşı da yaralanıb.
Bu, Murad Merəliyev olub. Yaralı İstanbuldakı Haseki Xəstəxanasında əməliyyat edilib. “Onun bədənindən kiçik bir qəlpə çıxarıldı. İndi palataya köçürülüb, normal şərtlərlə müalicəsi davam etdirilir”, – deyə xəstəxanadan bildirmişdilər.
İcarəyə götürülmüş bir avtomobilin istifadə olunduğu terror hadisəsi zamanı bombanın uzaqdan idarə olunduğu dəqiqləşdirilib. Bu gün partlayışa görə məsuliyyəti PKK terror təşkilatının şəhər qolu olan TAK (“Kürdüstan azadlıq qırğıları”) üzərinə götürüb.

BIR CAVAB BURAXIN