Çərşənbə axşamı, Mart 19, 2024
Ev Dünya Yaponların böyük əksəriyyəti Rusiya ilə sülh anlaşmasının əleyhinədirlər

Yaponların böyük əksəriyyəti Rusiya ilə sülh anlaşmasının əleyhinədirlər

0
444

Yaponiya əhalisinin 75 faizi ilkin şərtlərsiz Rusiya ilə sülh anlaşmasının imzalanmasının əleyhinədirlər.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Yaponiyanın “İomiuri” qəzeti ictimai rəy sorğusuna istinadən yazıb. Rəyi soruşulanların 75 faizi ölkə rəhbərliyinin bu məsələdə yeritdiyi siyasəti dəstəklədiyini bəyan edib. Onlar belə hesab edirlər ki, əvvəlcə ərazi məsələləri həll edilməli və yalnız bundan sonra Rusiya ilə sülh müqaviləsi imzalanmalıdır.

Rəyi soruşulanların yalnız 14 faizi Rusiya ilə hər hansı şərt irəli sürmədən sülh müqaviləsinin imzalanmasına tərəfdar olublar. Belə hesab edilir ki, Rusiya ilə şərt irəli sürmədən sülh anlaşması imzalanmasını istəyənlərin sadəcə olaraq məsələnin mahiyyətindən xəbələri yoxdur.

Xatırladaq ki, bir müddət əvvəl prezident Vladimir Putin Yaponiyaya hər hansı şərt irəli sürmədən sülh anlaşması imzalanmasını təklif etmişdi.

BIR CAVAB BURAXIN