Əli Kərimlinin neçə tərəfdarı mitinqə gəlib?

0
634

Sosial şəbəkələrdə iqtidar tərəfdarları ilə müxalifətçilər arasında Xalq Cəbhəsinin dünən keçirdiyi mitinqinə gələnlərin sayı ilə bağlı müzakirələr davam edir.

Mitinq təşkilatçıları israr edirlər ki, “Məhsul” stadionuna on minlərlə insan gəlib. Lakin müxalifətçilərin yayımladığı fotoşəkillərin əksəriyyəti ön plandan çəkilib və bunların əsasında tədbirə toplaşan insanların sayı barədə bir söz demək çətindir.

AXCP İdarə Heyətinin üzvü, Əli Kərimlinin yaxın tərəfdarlarından biri Sahib Kərimli az öncə mitinqin gur vaxtı – saat 18:00-da çəkilmiş bir fotoşəkil paylaşıb.

Həmin fotoşəkil nəinki müxalifət liderlərinin bəyanatlarını təkzib edir, həmçinin stadiona çox az adamın gəldiyini bildirmiş virtualaz.org-un müxbirlərinin obyektivliyini sübuta yetirir.

Qeyd edək ki, “Məhsul” stadionunun ümumi sahəsi təxminən 20 min kvadrat metrdir.

BIR CAVAB BURAXIN