Qubada 11 kənd işıqsız qalıb

0
594

isiqQarlı hava şəraiti ilə əlaqədar olaraq Quba rayonunun bəzi dağ kəndlərinə elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb.

“Report”un Şimal bürosunun məlumatına görə, elektrik enerjisi rayonun, əsasən Rustov-Qonaqkənd istiqamətində yerləşən Püstəqasım, Dəhnə, Güneyməhəllə, Rustov, Xanagah, Növdün, Şuduq, Qam-qam, Töhmər və Hacağalar kəndlərinə fasilələrlə verilməyə başlayıb.

Quba Rayon Elektrik Şəbəkəsinin rəisi Taleh Səfərov bildirib ki, hazırda təmir briqadası problemin aradan qaldırılması istiqamətində tədbirlər görür:

“Havaların qarlı, şaxtalı və küləkli keçməsilə əlaqədar elektrik xətlərində qırılmalar səbəbindən məhdudiyyətlər yaranıb. Hazırda Quba Rayon Elektrik Şəbəkəsinin əməkdaşları elektrik naqillərində baş verən açılmaların təmir-bərpa işlərini həyata keçirirlər”.

BIR CAVAB BURAXIN