Zlatan İbrahimoviç: “Mən özümü hamıdan yüksək tutmuram”

0
535

İngiltərənin “Mançester Yunayted” komandasının hücumçusu Zlatan İbrahimoviç belə hesab edir ki, onu həddindən artıq özündən razı, hamıdan yüksək hesab edənlər yanılırlar. Zlatan İbrahimoviç deyir ki, o, sadə adamdır və heç vaxt şöhrət dalınca qaçmayıb, qazandığı uğurları ilə öyünməyib, əksinə, sadə olmağı hər şeydən üstün tutyub. Zlatan İbrahimoviç: “Mən normal adamlardan biriyəm. Heç vaxt ətrafımdakılara üstdən aşağı baxmadım. Amma bəzi adamlarda haqqımda yanlış təsəvvürlər formalaşıb. Onlar simamda pis oğlanı görürlər. Halbuki bu heç də belə deyil. Mən ailəsini sevən adamam və daha çox onlar haqqında düşünürəm, addımbaşı onların qayğısına qalıram. Bəlkə də bu hərəkətlərim kimlər üçünsə özümü hamıdan yuxarı tutmağım təsiri bağışlayır. Mən özümü hamıdan yüksək tutmuram, sadəcə olaraq özümə çox inanıram. Meydana çıxanda özümü şir kimi aparıram və yalnız qol vurmaq həvəsi ilə alışıb yanıram. Təbii ki, meydanda oyuna canını qoymayanlara münasibətdə də sərtəm və bunu bəzi hallarda açıq şəkildə biruzə verirəm. Ancaq bu heç də mənim özümü yüksək aparmağımdan irəli gəlmir, hamını meydanda öz işinə məsuliyyətlə yanaşmasını istəməyimdən irəli gəlir”, – deyib.

BIR CAVAB BURAXIN