Ər-Riyadın tənqid etdiyi türk paşası kimdir?

0
825
Ər-Riyadın tənqid etdiyi türk paşası kimdir? – Çöl aslanı...
Türk əsgərinə “məhmədçik” adı Fəxrəddin Paşanın başçılığı ilə Osmanlı əsgərlərinin Mədinəni qəhrəmanca müdafiə etməsindən sonra verilib.

Arazinfo.com Kult.az-a istinadən xəbər verir ki, bu məlumatı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev paylaşıb. Alim bildirib ki, ingilis kəşfiyyatçısı Lavrens Fəxrəddin Paşanı Mədinə müdafiəsindəki qəhrəmanlığına görə “Çöl aslanı” adlandırmışdı:

“Döyüşə gedən zaman Paşa zəif bir əsgərin yeriməkdə çətinlik çəkdiyini görmüşdü. Paşa dəvəsindən enmiş və: “Qardaşlarım! İstənilən vəziyyətdə hər şeyimizi paylaşmalıyıq”, – deyərək əsgəri öz dəvəsinə mindirmişdi, özü isə yoluna piyada davam etmişdi”.

Alim qeyd edib ki, Fəxrəddin Paşa hökumətin “müqavimətə son qoymaq və təslim olmaq” istiqamətindəki əmrlərinə məhəl qoymurdu:

“Mədinənin açarlarını bir ingilis kapitana təslim etməkdənsə, döyüşərək şəhid olmağı üstün tutub. Mədinədən çıxan zaman orda talançılıq etmək üçün hazırlaşan ingilislərin əlinə dini dəyərlər keçməsin deyə, Peyğəmbərimizin bu şəhərdəki məzarına Osmanlı padşahları tərəfindən göndərilən hədiyyələri, başqa sözlə desək, möhtəşəm xəzinəni çox çətinliklə möhürlü sandıqlarla İstanbula göndərir. Onlar orda qalsa idi, ingilislər onları şəxsi kolleksiyalarına götürücəklərdi”.

Alimin sözlərinə görə, o, 1919-cu il yanvar ayının 13-də təslim olub:

“Beləliklə, Mədinədə 400 il davam edən türk hakimiyyətinə son qoyulur. İngilislər tərəfindən “Çöl aslanı” adlandırılan Fəxrəddin Paşa hərbi əsir kimi əvvəlcə Misirə, daha sonra isə Maltaya göndərilir. Maltada iki il 33 gün sürgündə qaldıqdan sonra 1921-ci ilin aprel ayının 8-də bəraət alır. Bundan sonra Mədinə aslanı F.Türkqan Türkiyəyə qayıdıraq milli azadlıq mübarizəsinə qoşulur. 1921-ci ilin 9 noyabr tarixli fərmana əsasən, Fəxrəddin Paşa Türkiyə Respublikasının Əfqanıstandakı səfiri vəzifəsinə təyin olunur. Diplomatik fəaliyyətindən sonra Ömər Fəxrəddin Paşa Türkiyənin hərbi prokurorluq orqanlarında işləyir və 1936-cı ildə təqaüdə çıxır. “Çöl aslanı” və “Mədinə aslanı” ləqəbləri ilə anılan Ömər Fəxrəddin Paşa 1948-ci il noyabr ayının 22-də dünyasını dəyişir”.

Qeyd edək ki, Ər-Riyad Fəxrəddin Paşanı Mədinəni talan etməkdə təqsirləndirmiş, Türkiyə lideri isə çox sərt şəkildə buna cavab vermiş, “Türklər Mədinəni müdafiə edib, qanlarını tökəndə sizin babalarınız harada idi” deyə bildirmişdi.
Ər-Riyadın tənqid etdiyi türk paşası kimdir? – Çöl aslanı...
Ər-Riyadın tənqid etdiyi türk paşası kimdir? – Çöl aslanı...

BIR CAVAB BURAXIN