Zidanın etirazlarına baxmayaraq…

0
562

Zidanın etirazlarına baxmayaraq…

İspaniyanın kral klubu “Real” Madridin rəhbərləri kolumbiyalı yarımmüdafiəçi Hames Rodrigesin oyunundan narazıdırlar. Bununla bağlı klub rəhbərliyi bəyan edib ki, Hames Rodrigesin transferi üçün onlara müraciət ediləcəyi təqdirdə futbolçunun satılması ilə əlaqədar danışıqlara başlayacaqlar. Bununla belə “Real”ın baş məşqçisi Zinəddin Zidan Hames Rodrigesin satılmasının əleyhinə qarşı çıxıb. O, klub rəhbərliyinə bildirib ki, kolumbiyalı komandası üçün vacib oyunçulardandır və onun xidmətindən hələ uzun müddət istifadə etmək niyyətindədir. Lakin “Real” rəhbərliyi baş məşqçinin etirazlarına məhəl qoymayaraq, Hames Rodrigesi satmaq niyyətində qətiyyətli olduqlarını ortaya qoyublar.

Xatırladaq ki, bir müddət əvvəl İngiltərənin “Mançester Yunayted” komandası kolumbiyalının transferində maraqlı olduğunu bildirmişdi. Lakin hələlik Hames Rodrigesin transferi ilə bağlı “Real”a ingilis klubundan hər hansı təklif daxil olmayıb. Yeri gəlmişkən onu da deyək ki, Hames Rodriges ötən mövsümdə “Real”ın heyətində 32 oyunda meydana çıxaraq rəqib qapılarından 8 top keçirib. Bundan əlavə Hames Rodriges qolla nəticələnən 10 ötürmə verib.

BIR CAVAB BURAXIN