Zeynəb Xanlarova MM-də müvafiq qurumları “Rasim Balayevə biganəlikdə günahlandırdı

0
449

Atalarımızın bir sözü var: desəm öldürərlər, deməsəm ölərəm. Mədəniyyətimizə böyük töhvə verən, filmlərdə qəhrəman rolu yaradan Rasim Balayev haqqında danışmaq istəyirəm.

Arazinfo.com Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Milli Məclisdə xalq artisti, deputat Zeynəb Xanlarova deyib. Xalq artisti qeyd edib ki, Rasim Balayev haqqında yazılanları hamı oxuyub və söhbətin nədən getdiyini bilir:
“Uzun illər filmlərə çəkilən, Nəsimi, Babək və onlarla digər qəhrəmanların obrazını yaradan Rasim Balayevin həkimlərin yazdığı iki dərmandan birini almağa pulu yoxdur. Mən üzümü Səhiyyə Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə tuturam. Bu işə niyə baxmırlar? Bu adam xəstədir, ömrünü bu sənətə qoyub, canında can qalmayıb. Niyə buna əncam qılmırlar? Mən millətimin, Rasim sevərlərin adından xahiş edirəm ki, bu işlə ciddi məşğul olsunlar. Onun aldığı pul nədir ki, bu pulu dərmanlara versin? Biz hamımız bu əsərləri yaradan böyük sənətkarımıza kömək olmalıyıq”.
Spiker Oqtay Əsədov isə bildirib ki, bu məsələ ilə maraqlanacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

sixteen + three =