Türkiyə torpaqlarını Ermənistana verəcəkdilər – amerikalı casusun şok PLANI

0
653

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra Yunanıstana qaçan 8 qiyamçıının arasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Türkiyə üzrə mütəxəssisi Qraham Fuller də olub.

Publika.az xəbər verir ki, bu barədə AKP-nin Ərzurumdan olan deputatı Orhan Deligöz deyib.

Onun sözlərinə görə, amerikalı casus Fuller CİA-nın “İstanbul masası”nın şefi idi: “O, 1964-cü ildə Türkiyəyə gəldi və 1966-cı ildə Fətullah Gülən camaatı quruldu. İllər sonra o, Gülənin Amerikada yaşamaq icazəsi almasına kömək edib. Əslində 15 iyul planı 1964-cü ildən başlayaraq hazırlanıb. 15 iyulda da Fuller İstanbulda idi. Plan baş tutmayanda onu Yunanıstana qaçırdılar. 8 əsgərin olduğu deyilən helikopterdə Fuller də var idi”.

O. Deligöz qeyd edib ki, çevriliş edib Türkiyəni parçalayaraq, bir neçə hissəyə böləcəklərdir.

“Türkiyənin şərqindən Ermənistana və Kürdüstana pay verəcəkdilər. Məqsəd bu idi. Həmçinin, İŞİD Türkiyəyə girəcəkdi və insanlar eyni ilə Suriya və İraqda olduğu kimi qətliama məruz qalacaqlardı”, – deyə o bildirib.

BIR CAVAB BURAXIN