“YUVENTUS”UN PREZİDENTİ TÜRK SEVGİLİSİNƏ 9 MİLYON AVROYA VİLLA ALIR

0
642

“Yuventus” futbol klubunun prezidenti Andrea Aqnelli sevgilisi Deniz Akalın üçün yenə sərvət xərcləyib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, daha öncə sevgilisinə İtaliyada, Como gölünün sahilində 21 milyon avro (təxminən 41 milyon manat) dəyərində malikanə alan prezident bu dəfə ona Bodrumda yeni bir villa almaq niyyətindədir.
Onun almaq üçün nəzərdə tutduğu villanın qiymətinin isə 9 milyon avro (təxminən 18 milyon manat) olduğu öyrənilib.
Qeyd edək ki, Andrea türkiyəli modellə gizli eşq yaşadığı üçün 10 il evli olduğu Emma Vinterdən ayrılıb. “Fiat” şirkətinin sahibi olan Aqnelli 100 milyard dollar sərvəti olan ailəsinin bu münasibətə qarşı çıxmasına baxmayaraq onunla əlaqəsini bitirməyib.

 

BIR CAVAB BURAXIN