Yoxlama qurumuna yanlış bilgi verənlər cərimələnəcək

0
343

11

Azərbaycanda dövlət orqanlarına təhrif edilmiş, yanlış məlumat verən sahibkarlar 1500 manata qədər cərimələnəcəklər.

Prezident İlham Əliyevin noyabrın 23-də İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişiklikləri təsdiqləyib.

Dəyişiklik İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə edilib.

Dəyişikliyə əsasən, dövlət orqanına yoxlama zamanı istənilən məlumatları gizlədən, təhrif olunmuş, yanlış məlumat verən vəzifəli şəxslər min manatdan min beş yüz manatadək cərimə ediləcəklər.

İnzibati Xətalar Məcəlləsi indiyədək yalnız “istənilən məlumatları verməməyə” görə, məsuliyyət müəyyən edirdi.

Son illər İnzibati Xətalar Məcəlləsinə həm yeni cərimələr, həm də mövcud cərimələrin artırılması ilə bağlı bir çox dəyişikliklər edilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

4 × three =