Yevgeni Konoplyonka: “Mən “Sevilya”da çox gözəl günlər keçirdim” 01.09.2016 10:31

0
328

Bu mövsümdən Almaniyanın “Şalke04” komandasının şərəfini qoruyacaq Ukrayna yığma komandasının yarımmüdafiəçisi Yevgeni Konoplyonka İspaniyanın “Seviliya” komandasında oynadığı oyunları heç vaxt unutmayacağını söyləyib. Konoplyonka bununla bağlı İspaniyanın “As” nəşrinə verdiyi açıqlamasında: “Mən “Sevilya”da çox gözəl günlər keçirdim. Bu komandanın heyətində ilk oyunuma çıxdıqda analadım ki, klubum fərqli oyun üslubuna malikdir. Düzdür, ilk vaxtlar mənə çox çətin idi. Qısa müddətdə komandanın oyununa adaptasiya olunmağım heç də asan məsələ deyildi. Ancaq məni klubda çox yaxşı qarşıladılar və komandaya adaptasiya olunmağıma yoldaşlarım yardım etdilər. Əlbəttə “Seviliya” üçün daha çox işlər görmək istəyirdim. Ancaq son vaxtlar daha çox ehtiyatda qalırdım və təbii ki, mən bununla razılaşa bılməzdim. Çünki ehtiyatda oturmaqla oyun təcrübəsi əldə etmək mümkün deyil. Ona görə də “Sevilya”nı tərk etmək qərarına gəldim. Amma İspaniyada böyük təcrübə məktəbi keçdim və bunu heç vaxt unutmayacağam. “Şalke04″-də yeni uğurlara imza ata bilmək, məşqçilərimin mənə olacaq etimadını doğrultmaq üçün əlimdən gələni edəcəyəm”,- deyib.

Hazırladı: Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

1 + 19 =