Yeni müəssisələrin 63 faizi Bakıda qeydiyyatdan keçib

0
278

2016-cı ilin yanvar-iyun aylarında ölkədə 4362 müəssisə və təşkilat (onların nümayəndəlik və filialları) t’sis olunub və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 29,7 faiz artmışdır.  Dövlət Statistika Komitəsi bildirir ki, yeni müəssisə və təşkilatların 63,1 faizi Bakıda, 11 faizi Aran, 7,7 faizi Abşeron, 4,7 faizi Lənkəran, 4,5 faizi Gəncə-Qazax, 3,9 faizi Quba-Xaçmaz iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçmişdir.
Bundan əlavə, 2016-cı ilin yanvar-iyun aylarında fərdi sahibkarlıqla məşğul olmaq üçün ölkənin vergi orqanlarında 48911 fiziki şəxs qeydiyyatdan keçmiş və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 30,5 faiz artmışdır. Fərdi sahibkarlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınmışdır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

15 + thirteen =