Yaxın günlərdə qərar verilə bilər: Meyitdən orqan köçürüləcək

0
293

Yaxın gələcəkdə meyitdən canlı insana orqan köçürülməsi mümkünləşə bilər.

Bunu M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında bu gün keçirilən tədbirdə hemodializ şöbəsinin müdiri Fariz Babayev bildirib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi Nazirlər Kabinetinə müraciət edib. Dünyanın əksər ölkəsində meyitdən orqan köçürülməsi icra edilir. “Hazırda Azərbaycanda qohum böyrəyinin köçürülməsi ilə əməliyyatlar aparılır. Amma böyrək köçürmə üçün növbədə dayananlar çoxdur. Buna görə də meyitdən orqan köçürülməsinə ehtiyac var. Hazırda Səhiyyə Nazirliyi Nazirlər Kabineti ilə müzakirələr aparır”, – F.Babayev əlavə edib.

Virtualaz.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

two + ten =