Yaşı 40-a qədər olan milyarderlər

0
540

“Forbes” jurnalı yaşı 40-a qədər olan ən varlı amerikalı iş adamlarının reytinqini açıqlayıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, siyahıya növbəti dəfə Facebook-un yaradıcısı 38 yaşlı Mark Tsukerberq başıçılıq edir. Onun var-dövlətinin miqdarı 55,5 milyard dollar qiymətləndirilir.

İkinci sırada atası yol qəzasında vəfat edən Walmart-ın həmtəsisçisi Con Uoltin Lukas Uoltoindur. Ona atasından 11,2 milyard dollar qalıb.

İlk üçlükdəki Facebbok-un həmtəsisçisi 32 yaşlı Dastin Moskobitsin varidatı 10,4 milyard dollardır.

2016-cı ilin gənc milyarderləri siyahısınacəmisi 14 nəfər daxil olub. Onlardan 9-u texnologiya sahəsində iş qurublar.

Reytinqdəki iş adamlarının ümumi varidatı 114 milyard dollardır. Bunun 85 milyardı İT sahəsində qazanılıb.

BIR CAVAB BURAXIN