Yaponiya ABŞ-ın aviasiya hərbi gəmilərinin təlimlər keçirilməsi üçün yeni ada alır.
Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə Yaponiya hökumətinin almaq istədiyi adam yaşamayan Maqe adası Tokiodakı iş adamlarından birinə məxsusdur. Adanın ilkin qiyməti 16 milyard Yen (147 milyon dollar) hesab edilir. Yaponiyanın ABŞ hərbi aviasiya gəmisi üçün ada almaq istəməsinin səbəbi isə hərbi dəniz təlimləri zamanı qalxan böyük uğultunun sahilyanı ərazidə yaşayan sakinlər tərəfindən etirazla qarşılanmasıdır. Tokiodan 400 kilometr uzaqlıqda yerləşən ada 8 kvadrat kilometr əraziyə malikdir. Orada hərbi hava limanı və strateji təyinatlı digər obyektlərin inşa edilməsi nəzərdə tutulub.